Moskva Qarabağda atəşin dayandırılmasına təkid edir

Moskva Qarabağda atəşin dayandırılmasına təkid edir

“Siyasi baxımdan müsbət irəliləyişlərin peyda olmasında maraqlıyıq”.

Moskva Qarabağda münaqişə tərəflərini atəşkəs haqqında sazişə əməl etməyə çağırır.

Oxu.Az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

“Biz Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin kəskinləşməsindən narahatıq. Tərəfləri döyüş əməliyyatlarının dərhal dayandırılması haqqında əldə olunmuş razılaşmaya əməl etməyə, bu razılaşmanı pozmamağa çağırırıq və əlbəttə ki, siyasi sahədə bu çox çətin münaqişənin nizamlanması haqqında razılaşmanın əldə olunması istiqamətində müsbət irəliləyişlərin olmasında maraqlıyıq”, - deyə o bildirib.

0
16