"İnter"in növbəti rəqibi bəlli oldu

"İnter"in növbəti rəqibi bəlli oldu

Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışını davam etdirən "İnter"in növbəti rəqibi bəlli olub. Apasport.az xəbər verir ki, "bankirlər" iyulun 22-də növbəti yoxlama matçına çıxacaq. "İnter" bu dəfə də Türkiyə təmsilçisi "Elazığspor"la üz-üzə gələcək. Bu barədə məlumatı klubun rəsmi "facebook" səhifəsi yayıb.

Oyun Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

"İnter" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk oyunda "Kasımpaşa"nı məğlub etmişdi - 2:1.

0
13