ABŞ: Gülənin ekstradisiya sorğusu üçün əlavə sənədlər gərəkdir

ABŞ: Gülənin ekstradisiya sorğusu üçün əlavə sənədlər gərəkdir

ABŞ  Türkiyədən hərbi çevrilişə cəhdin təşkilində ittiham olunan Fətullah Gülənə dair sənədləri qəbul edib, lakin  ekstradisiyaya dair rəsmi sorğu üçün əlavə materiallar gərəkdir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

“Biz Türkiyədən materialları aldıq, hazırda onlar ekstradisiya haqqında sazişə uyğun olaraq nəzərdən keçirilir.  Bu prosesə müəyyən vaxt tələb olunur”, - deyə Toner bildirib.

“Mənim fikrimcə, ekstradisiyaya dair rəsmi sorğu üçün əlavə sənədlər gərəkdir”, - deyə Toner əlavə edib.

0
21