Rusiya “S-300”-lərin ikinci partiyasını İrana verəcək

Rusiya “S-300”-lərin ikinci partiyasını İrana verəcək

Rusiya cari ilin sonunadək “S-300” zenit-raket komplekslərinin ikinci partiyasının İrana tədarükünü yekunlaşdırmaq niyyətindədir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.

Onun sözlərinə görə,  “S-300” komplekslərinin İrana tədarükü plana uyğun həyata keçirilir.

Qeyd edək ki, “S-300” zenit-raket komplekslərinin birinci partiyasının İrana tədarükünə bu ilin aprelindən etibarən başlanılıb.

0
25