Rusiya idman nazirinə Olimpiyadaya akkreditasiya verməyiblər

Rusiya idman nazirinə Olimpiyadaya akkreditasiya verməyiblər

Vitali Mutko Rio-de-Janeyroya getməkdən imtina etməyə hazır olduğunu bildirib.

Rusiya idman naziri Vitali Mutko Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya oyunlarına akkreditasiya verilməyəcək vəzifəli şəxslərin siyahısına daxil edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə iyulun 19-da “R-Sport” nəşri yazır.

V.Mutko öz növbəsdə bildirib ki, Olimpiyadaya getməkdən imtina etməyə hazırdır.

“Vəzifəli şəxslərə akkreditasiyanın verilməməsinə qaldıqda isə, biz həmişə Olimpiyadada qonaq olmuşuq. Mənim üçün ən vacibi bizim idmançılarımızın Oyunlara getməsidir”, - deyə Rusiya idman naziri bildirib.

0
19