İrəvanda ara qarışmağa başlayır

İrəvanda ara  qarışmağa başlayır

İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən post-patrul xidməti alayının binasının qarşısına əlavə polis qüvvələri cəlb olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, binanı mühasirəyə almış polis qüvvələri ərazini ciddi nəzarətə götürüb.  Məlumata görə, hadisə yerinə polis qüvvələri komandanı Levon Yeranosyan da gəlib.   

Məlumata görə, hadisə yerinə həmçinin onlarla mülki vətəndaş toplaşıb. Bildirilir ki, onlar silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmaq niyyətindədirlər.

0
11