Natiq Əliyev Dohaya gedir

Natiq Əliyev Dohaya gedir

Azərbaycan tərəfi mühüm tədbirə rəsmi dəvət alıb.

Bu ilin aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçılarının görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə Energetika Nazirliyindən APA-ya bildirilib. 

Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh Əl-Sada tərəfindən ünvanlanmış məktubda Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv bütün ölkələrin, o cümlədən təşkilata üzv olmayan, lakin əsas neft istehsalçıları sayılan dövlətlərin iştirakı ilə keçiriləcək bu iclasda Azərbaycanın da iştirakının vacibliyi qeyd edilib.

Xatırladaq ki, sözügedən iclas fevralın 16-da Doha şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırıblar.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ilk neft hasilatından bəri ümumilikdə 393,5 milyon ton xam neft hasil edilib.

Qeyd edək ki, Azərbaycanda neft hasilatı üzrə ən yüksək göstərici 2010-cu ildə 50,8 mln. ton olub. Bu ilin 1-ci rübü ərzində respublikada 9 mln. 900 min 400 ton proqnoza qarşı 10 mln. 496 min ton neft hasil edilib. Hazırda Azərbaycanda  gündə 115 min ton neft  hasil edilir.

www.oxu.az

0
11