Obama Ərdoğana kömək təklif etdi

Obama Ərdoğana kömək təklif etdi

Prezidentlər arasında telefon danışığı baş tutub.

ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün, iyulun 19-da, telefon danışığl zamanı Türkiyədə baş verən hərbi çevrilişə cəhdi müzakirə ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Coj Ernest ənənəvi brifinqində bildirib.

“Barak Obama Türkiyə prezidentinə dövlət çevrilişinə cəhdin araşdırılmasında hərtərəfli kömək təklif edib”, - Ernest deyib.

Onun sözlərinə görə, Obama bu imkandan demokratik yolla seçilmiş mülki Türkiyə hökumətinə Birləşmiş Ştatlarının qətiyyətli dəstəyini bir daha təsdiq etmək üçün istifadə edib.

0
11