Rusiya İstintaq Komitəsinin iki rəhbəri rüşvətə görə tutuldu

Rusiya İstintaq Komitəsinin iki rəhbəri rüşvətə görə tutuldu

Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi rəhbərinin müavini Denis Nikandrovu saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Denis Nikandrov bir neçə gün əvvəl həbs olunmuş “qanuni oğru” Şakro Molodoyun işi üzrə saxlanılıb.

Məlumata görə, saxlanılanlar arasında həmçinin Rusiya İstintaq Komitəsinin Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri Mixail Maksimenko və onun müavini Aleksandr Lamonov var.  Federal Təhlükəsizlik Xidməti qeyd olunan şəxsləri 2016-cı ilin yanvarından izləyib.

FTX-dən verilən məlumata görə, saxlanılan şəxslər səlahiyyətlərini aşmaqda və rüşvət almaqda şübhəli bilinirlər. Onların iş yerlərində və evlərində axtarış aparılır.

Məlumata görə, Nikandrov böyük  məbləğdə pul müqabilində “Şakro Molodoy”un cinayət işi ilə bağlı məsələni  “həll edəcəyini” vəd edib. Onun bir milyon dollar rüşvət aldığı bildirilir.

0
10