Türkiyədə məmurların kütləvi ixtisarı

Türkiyədə məmurların kütləvi ixtisarı

Onlar çevrilişə cəhd göstərənlər ilə əlaqəli olmaqda gübahlandırılırlar.

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra müxtəlif nazirliklərdə, dövlət idarələrində, özəl qurumlarda işdən qovulan əməkdaşların və məmurların ümumi sayı açıqlanıb.

Oxu.Az Hurriyet-ə istinadən xəbər verir ki, iyulun 19-na olan məlumata əsasən vəzifəsindən və işindən kənarlaşdırılan şəxslərin sayı 49 min 321 nəfərdir.

Məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 257, Daxili İşlər Nazirliyinin 8 777, Milli Təhsil Nazirliyinin 36 200, Maliyyə Nazirliyinin 1 500, Ailə və Sosial Siyasət Nazirliyinin 393, Dini İşlər İdarəsinin 492, Milli İstihbarat Təşkilatının (MİT) 100, Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) 25 əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.

0
13