® “Nar” rominqdə olan abunəçilərinə 4G xidməti təklif edir

® “Nar” rominqdə olan abunəçilərinə 4G xidməti təklif edir

“Nar” operatoru rominqdə olan abunəçilərinə 4G xidməti təklif edir. Belə ki, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Serbiya, Rusiya və Omanda olan “Nar” istifadəçiləri 4G-rominq xidmətindən yararlana bilirlər. Qeyd edək ki, rominqdə olarkən 4G xidmətindən istifadəyə görə əlavə ödəniş tətbiq edilmir.    

Hazırda “Nar” rominq xidməti dünyanın 172 ölkəsində aktivdir. “Nar” operatorunun rominq qiymətləri zonalara əsasən müəyyən olunur. Zona daxilində seçilən xarici mobil operatordan asılı olmayaraq, qiymətlər sabitdir. Bundan başqa, “Nar” nömrələrində rominq xidmətini aktivləşdirmək üçün heç bir depozit balansa ehtiyac yoxdur. Belə ki, “Nar” nömrələrində bu xidmət, bir qayda olaraq, öncədən aktiv statusda olur.

Hazırda “Nar” LTE şəbəkəsindən faydalanmış istifadəçilərin ümumi sayı 45 mindən çoxdur.  


Rominq xidmətindən istifadə və 4G şəbəkəsi haqqında daha ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən öyrənmək olar: nar.az

0
15