Almatı terrorçularının hədəfi açıqlandı

Almatı terrorçularının hədəfi açıqlandı

Qazaxıstanın daxili işlər naziri bəyanat verib.

Almatıda hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı hücum edən şəxs hakim və prokurorları öldürməyə hazırlaşırdı.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın daxili işlər naziri Kalmuxanbet Kasımov hökumət iclasında bildirib.

“O, dünən Almalinsk rayon məhkəməsinin binasının qarşısına gəlib. Silahı çantada olub. O, ilkin olaraq məhkəmə və prokurorları qətlə yetirməyə hazırlaşırdı. 30-40 dəqiqə gözlədikdən sonra, rayon məhkəməsindən 200 km məsafədə yerləşən Almalinsk rayon daxili işlər şöbəsinə tərəf irəliləyərək cinayət törədib”, - nazir bildirib.

Almatıda atəş nəticəsində iyulun 18-də üç polis və bir yerli sakin ölüb, daha bir neçə nəfər yaralanıb.

0
10