Sabah Azərbaycanda yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq

Cənub-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-11 dərəcə isti, gündüz 14-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında  sabah bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

0
14