Qəzaya düşən qarmon ifaçısı dünyasını dəyişdi – VİDEO

Qəzaya düşən qarmon ifaçısı dünyasını dəyişdi – VİDEO

Sumqayıt-Səngəçal yolunda baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan Nazim Dadaşov bu gün dünyasını dəyişib.

Həkimlərin cəhdinə baxmayaraq, iki gün koma vəziyyətində olan xəstəni xilas etmək mümkün olmayıb.

Oxu.Az xəbər verir ki, bu haqda axar.az məlumat yayıb.

Nazim Dadaşov tanınmış qarmon ifaçısı olub. O, həm də xanəndə Camal Dadaşovun oğlu idi.

Xatırladaq ki, iyulun 17-də Sumqayıt-Səngəçal yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsində ağır qəza baş verib. “Pekap” markalı maşının sürücüsü idarəetməni itirib və marketə çırpılıb.

Qəza nəticəsində marketdə olan 1973-cü il təvəllüdlü Nazim Camal oğlu Dadaşov ağır sınıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

DYP əməkdaşları hadisə yerində araşdırma aparır.

0
360