Azərbaycanlı şagirdlər ölkəmizi beynəlxalq festivalda təmsil edirlər

Azərbaycanlı şagirdlər ölkəmizi beynəlxalq festivalda təmsil edirlər

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri Azərbaycanı təmsil etmək üçün hər il Brüsseldə keçirilən “Musica Mundi” Beynəlxalq kamera musiqisi festivalına yollanıblar.

İdarədən Oxu.Az-a verilən xəbərə görə, iyulun 17-dən 31-dək keçirilən festivalın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan 10-18 yaşlı gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsidir.

Səfərdən əvvəl Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli başda olmaqla məktəbin bir qrup istedadlı şagirdlərini - Əliyeva Nərgiz (fortepiano), Əliyeva Zərrin (skripka), Tağızadə Elnarə (alt), Orxan Hüseynovu (violançel) qəbul edərək onlara uğur və qələbə arzulayıb.

Qeyd edək ki, festival “Chateau du Lac”da qala konsert və Maksim Venqerov, İrvi Qitlis, Menahem Pressler, Nikolas Angelis, Miklos Perenyi, Aleksandr Qavrilyuk kimi dünya musiqi elitası nümayəndələri tərəfindən imzalanmış təhsil sertifikatlarının təqdimatı ilə yekunlaşacaq.

Aytən Sadıqzadə

0
19