Rəsul Quliyevin qardaşı vəfat etdi

Rəsul Quliyevin qardaşı vəfat etdi

Onun qardaşının yasında iştirak etməsinə icazə verilib-verilməyəcəyi sual altındadır.

Eks-spiker, 1996-cı ildən Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevə ağır itki üz verib.

Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, R.Quliyevin qardaşı, Sabir Bayram oğlu Quliyev bu gün səhər saatlarında vəfat edib.

Rəsul Quliyevin qardaşının yasında iştirak etməsinə icazə verilib-verilməyəcəyi sual altındadır. Bununla bağlı müraciət edilib-edilməməsinə dair onun yaxınları müzakirələr aparır.

Nəzərə çatdıraq ki, bir neçə il öncə keçmiş prezident Ayaz Mütəllibovun oğlu dünyasını dəyişərkən onun yas mərasimində iştirakına icazə verilmişdi.

0
14