Qazax sakini minaya düşdü - YENİLƏNİB

Qazax sakini minaya düşdü - YENİLƏNİB

Abbasovun sol ayağı amputasiya olunub.

Daxili İşlər Nazirliyi (DİN) Qazaxda minaya düşən şəxslə bağlı məlumat yayıb. 

Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 9-da Qazax rayonunun Xanlıqlar kəndində, sərhəd zolağının yaxınlığında kənd sakini Kamal Abbasov minaya düşüb. 

Xəstəxanaya yerləşdirilmiş K.Abbasovun sol ayağının topuq hissəsi amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

09:52 (10.04.2016)

Qazaxda 25 yaşlı mülki şəxs minaya düşüb. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu yabanı bitki yığmaq üçün düşmənlə təmas xəttinə yaxın əraziyə gedib və orada minaya düşüb. 

O dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Ona dərhal tibbi yardım göstərilib və onun sol ayağı amputasiya olunub.

0
18