Türkiyə baş nazir aparatının 257 əməkdaşı işdən kənarlaşdırılıb

Türkiyə baş nazir aparatının 257 əməkdaşı işdən kənarlaşdırılıb

Hazırda polis təhqiqat aparır.

Türkiyə baş nazir aparatının paytaxt Ankaranın Villi Brandt küçəsində yerləşən əlavə iqamətgahında 257 əməkdaş işdən kənarlaşdırılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, həmin şəxslərin kimlikləri (şəxsiyyət vəsiqəsi) müsadirə edilib.

Hazırda polis iqamətgahda təhqiqat aparır. Çoxlu sayda sənəd müsadirə olunaraq araşdırma aparmaq üçün polis idarəsinə aparılıb.

Qeyd edək ki, 15 iyulda baş vermiş hərbi çevriliş cəhdindən sonra Türkiyənin dövlət orqanlarında “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) mənsub olduğu iddia edilən dövlət məmurlarının kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb.

0
10