Ərdoğan: Sabah vacib qərarı elan edəcəyik

Ərdoğan: Sabah vacib qərarı elan edəcəyik

Ərdoğan İstanbulda çevrilişin əleyhinə olanların keçirildiyi mitinqdə çıxış edib.

“Türkiyə hakimiyyəti hazırda çox mühüm qərar üzərində çalışır”.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çevrilişin əleyhinə olanların keçirdiyi mitinqdə çıxış edərkən bildirib.

O qeyd edib ki, iyulun 20-də Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası olacaq.

Prezident Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasından sonra Nazirlər Kabinetinin iclasının keçiriləcəyini bildirib:

“Nazirlər Kabinetinin iclasında vacib qərarı elan edəcəyik”.

Cümə günü axşam saatlarında Türkiyə rəhbərliyi ölkədə hərbi çevriliş cəhdinin olmasını elan edib. Hərbçilər öz növbəsində hakimiyyətin onların əlinə keçdiyini bildiriblər. Şənbə günü səhər qiyamçı hərbçilər təslim olmağa başladılar. Türkiyə hakimiyyəti qiyam cəhdinin boşa çıxdığını bildirdi.

Türkiyədə hərbi çevrilişə cəhd zamanı 200-dən çox adam ölüb.

0
7