Sabah havanın temperaturu 42 dərəcəyədək yüksələcək

Sabah havanın temperaturu 42 dərəcəyədək yüksələcək

Nisbi rütubət gecə 65-75%, gündüz 35-40% təşkil edəcək.

İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 23-27 dərəcə isti, gündüz 32-37 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə isti, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 750 civə sütunundan 754 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 65-75%, gündüz 35-40% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 17-22 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.

0
38