"Real Madrid" Xames Rodriqeslə bağlı qərarını verdi

"Real Madrid" Xames Rodriqeslə bağlı qərarını verdi

Adı "Mançester Yunayted"lə hallanan "Real"ın futbolçusu Xames Rodriqesin Madrid klubundakı gələcəyinə aydınlıq gəlib.

Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisinin baş məşqçisi Zinəddin Zidan deyib ki, kolumbiyalı yarımmüdafiəçi klubdan ayrılmayacaq:

"Xamesi digər oyunçulardan fərqləndirmirəm. Onun start heyətdə oynayıb-oynamacayacağını deyə bilmərəm. Ancaq Xames komanda üçün əhəmiyyətli futbolçulardandır. Heyətdə yüksək səviyyəli oyunçular çoxdur və bu, bir tərəfdən mənə seçim etməkdə çətinlik yaradır".

Qeyd edək ki, bundan əvvəl Z.Zidanın X.Rodriqesin hərəkətlərindən narazı olduğunu və bu səbəbdən onun "MY"ya transfer olacağı iddia edilirdi. Hətta X.Rodriqesin Mançesterdə mənzil axtarışına başladığı bildirilirdi.

0
7