SOCAR dövlət büdcəsinə ödənişlərini azaltdı

SOCAR dövlət büdcəsinə ödənişlərini azaltdı

Yeni hesabat açıqlanıb.

SOCAR 2016-cı ilin mart ayında dövlət büdcəsinə 109 milyon 248 min manat vəsait ödəyib. Bu da ötən ilin mart ayı ilə müqayisədə 4 milyon 466 min manat və ya 3,93% azdır.

Bu barədə Oxu.Az şirkətin rəsmi saytına istinadən xəbrə verir. 

Ümumiyyətlə, 2016-cı ilin yanvar-mart aylarında büdcəyə 325 milyon 130 min manat vəsait ödənilib. bu da 2015-ci ilin 3 ayı ilə müqayisədə 15 milyon 313 min manat və ya 4,5% azdır

Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 920 min manat vəsait köçürüb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 309 min manat və ya 2,75% azdır.

2016-cı ilin yanvar-mart aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 31 milyon 970 min manat təşkil edib. Bu, 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2 mln. 716 min manat və ya 7,83% azdır.

Ülviyyə R. Əli
www.oxu.az

0
31