Xəzərdə gənc oğlanın meyiti tapıldı

Xəzərdə gənc oğlanın meyiti tapıldı

Ölən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Bakıda dəniz sahilindən gənc oğlanın meyiti tapılıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində, Xəzərin Pirşağı qəsəbəsi sahilində 22-25 yaşlı gənc oğlanın meyiti tapılıb.

Ölən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Bildirilir ki, ölən şəxs atletik bədən quruluşuna malik olub və boyu 180 santimetrdir. Onun Novxanı-Sumqayıt istiqamətində bir gün əvvəl batdığı və meyitin axın vasitəsi ilə Pirşağıya gəldiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

0
9