Rusiyada azərbaycanlı paralimpiyaçının qətlində şübhəli bilinir – VİDEO

Rusiyada azərbaycanlı paralimpiyaçının qətlində şübhəli bilinir – VİDEO

Semyon Filatova yeddi güllə vurulub.

Azərbaycanlı Sankt-Peterburqda 24 yaşlı paralimpiya idmançısı Semyon Filatovun qətlində şübhəli bilinir.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Semyon Filatov Sankt-Peterburqda Leninsk prospektində evlərin birində yeddi güllə ilə vurulub.

Hüquq-mühafizə orqanı əməkdaşları mümkün cinayətkarların kimliyini müəyyən etməyə və həmin şəxsin saxlanılmasına müvəffəq olub. Bu, 25 yaşlı Anastasiya Minaylova və onun 21 yaşlı sevgilisi, əslən Azərbaycandan olan 21 yaşlı İsrail Əliyevdir.

Şübhəli bilinən şəxslər Moskva ətrafında gizlənməyə cəhd edərkən saxlanılıblar.

Watch video!

0
14