Türkiyədə “Su-24”-ü vuran pilotlar saxlanıldı

Türkiyədə “Su-24”-ü vuran pilotlar saxlanıldı

“Onlar müxalif siyasətçi Fətullah Gülənin təşkilatının üzvü idi”.

Türkiyə hakimiyyəti Rusiyanın “Su-24” bombardmançısını vuran iki pilotu göz altına alıb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti “Bloomberg” agentliyinin yüksəkvəzifəli mənbəsinə istinadən məlumat yayıb.

Saxlanılan şəxslərin adları və digər təfərrüatlar açıqlanmır.

İyulun 16-da Ankaranın meri Melik Gökçek bəyan edib ki, Türkiyədə dövlət çevrilişinə cəhdin iştirakçılarından biri Rusiyaya məxsus “Su-24” təyyarəsini vuran pilot idi.

Onun məlumatına görə, təyyarəçi müxalif siyasətçi Fətullah Gülənin təşkilatının üzvü idi.

2015-ci ilin noyabr ayının 24-də Türkiyə HHQ Rusiyanın Suriyada terror əleyhinə əməliyyatda iştirak edən “Su-24” bombardmançısını vurub. Bu hadisədən sonra Moskva və Ankara arasında münasibət kəskinləşib.

0
11