Bu da Ronaldonun yeni sevgilisi - FOTOLAR

Bu da Ronaldonun yeni sevgilisi - FOTOLAR

Dünyanın ən yaxşı futbolçularından olan Kriştianunu Ronaldo Portuqaliya millisi ilə AÇ-2016-nın qızıl medallarını qazandıqdan sonra istirahətə çəkilib. Apasport.az saytının məlumatına görə, Fransa ilə final matçında zədələnən futbolçu bərpa prosesi keçməklə yanaşı, həm də yeni mövsüm öncəsi arxada qalan matçların yorğunluğunu çıxarır.

Ronaldo həmişəki kimi bu dəfə də istirahətə tək yollanmayıb. Təxminən bir ildi rusiyalı model İrina Şeyklə ayrılan portuqaliyalı üçün özünə yeni rəfiqə tapmaq o qədər də vaxt aparmayıb.

Rusiyalıdan sonra Kriştianunun adı müxtəlif ulduzlarla yanaşa hallansa da, hücumçunun italiyalı Eliza de Panikislə roman yaşadığı bəlli olub. Cütlüyə yaxın mənbələr onların hələ ötən il İbitsa kurortunda tanış olduğunu və münasibətlərinin artıq kifayət qədər yaxınlaşdığını iddia edir.

31 yaşlı Ronaldo bu yay da özündən iki yaş kiçik sevgilisi ilə istirahətə çəkilib. Bu ilin mayında da İbitsaya birgə yollanan cütlüyün münasibətlərini Elizanın özü də təsdiqləyib.

0
358