Polis məmurları hələ də silahlı qruplaşmanın əlində - Ermənistanda

Polis məmurları hələ də silahlı qruplaşmanın əlində - Ermənistanda

Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binası ətrafında vəziyyət stabil olaraq qalır. Artıq üçüncü gündür ki, silahlı qruplaşmanın üzvləri bir neçə polis məmurunu girovluqda saxlayır.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün səhərə yaxın silahlı qruplaşmanı dəstəkləyən müxalif “Talana yox” təşəbbüsünün tərəfdarlarının sayı azalıb.

Ermənistan polis rəisinin birinci müavini Unan Poqosyan danışıqların davam etdiyini və ikitərəfli kompromisin tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb. Hazırda silahlılar 4 nəfəri girov saxlayır.

0
12