Həbs olunmuş generallardan biri azadlıqda - Türkiyədə

Həbs olunmuş generallardan biri azadlıqda - Türkiyədə

Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılmış generallardan biri sərbəst buraxılıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, iyulun 16-da səhərə yaxın polis tərəfindən saxlanılan, Çanaqqala vilayətində dislokasiya olunmuş 18-ci mexanikləşdirilmiş diviziyanın komandiri, general İsmayıl Gürgən azadlıqdadır.

Polis tərəfindən məhkəmə önünə çıxarılan İ. Gürgən azadlığa buraxılıb. O, istintaq dövründə azadlıqda qalacaq.

0
11