Çevriliş cəhdində istifadə edilmiş 2 helikopterin yeri bəlli deyil - “Hürriyet”

Çevriliş cəhdində istifadə edilmiş 2 helikopterin yeri bəlli deyil - “Hürriyet”

Türkiyədə hərbi çevriliş cəhdində istifadə edilən 2 ədəd hərbi helikopterin harada olduğu hələ də məlum deyil.

APA-nın xəbərinə görə, bunu “Hürriyet” qəzetinin yazarı Əbdülqadir Selvi bildirib.

Ə. Selvi yazıb ki, iyulun 17-dən 18-nə keçən gecə havaya qalxan iki hərbi helikopter Marmaris istiqamətindəki meşəlik əraziyə doğru uçub. Helikopterlərin haradan qalxdıqları və haraya endikləri bəlli deyil. Onların hərbi çevriliş cəhdi baş verən gecə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücumda iştirak edən və daha sonra meşəyə qaçan 25 nəfərlik qrupu xilas etmək üçün həmin əraziyə uçduqları güman olunur.

Hazırda helikopterlərin və əsgərlərin axtarışı davam etdirilir.

0
16