Çavuşoğlu ABŞ-a gedir

Çavuşoğlu ABŞ-a gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 19-da ABŞ-a səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə “Star” qəzeti məlumat verib.

Gözlənilir  ki, səfər çərçivəsində hərbi çevrilişin təşkilində ittiham olunan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi müzakirə olunacaq.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan CNN telekanalına müsahibəsində bildirib ki, bir neçə günə Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı müraciət ediləcək.

0
20