İrəvanda vəziyyət qarışdı

İrəvanda vəziyyət qarışdı

İrəvanda onlarla etirazçı silahlıların ələ keçirdiyi polis şöbəsinin binasının yaxınlığına toplaşıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu axşam binanın ərazisinə əlavə polis qüvvələri yeridilib.

Bundan əvvəl bir qrup müxalifətçi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasına yürüş etməyə cəhd etsə də, polis aksiyanı dağıtmışdı.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb. Hazırda silahlılar 4 nəfəri girov saxlayır.

0
20