Türkiyə Superliqasının püşkü atıldı

Türkiyə Superliqasının püşkü atıldı

Türkiyə Superliqasının 2016/2017-ci il mövsümünün püşkü atılıb.

Apasport.az xəbər verir ki, 18 komandanın iştirakı ilə təşkil edilən mövsüm 19, 20, 21, 22 avqust tarixlərində keçiriləcək 1-ci turun oyunları ilə start götürəcək.

Püşkatmadan sonra İstanbul derbilərinin də tarixi məlum olub. Azarkeşlər ilk derbini 5-ci turda izləyəcəklər. "Beşiktaş" evdə "Qalatasaray"ı qəbul edəcək.

Türkiyə Superliqası qarşıdakı mövsümdə "Turqay Şeren mövsümü" adlandırılacaq.

Türkiyə Superliqası, 1-ci tur

Başakşəhər - Fənərbaxça

Trabzonspor - Kasımpaşa

Gənclərbirliyi - Qaziantepspor

Adanaspor - Bursaspor

Antalyaspor - Osmanlıspor

Beşiktaş - Alanyaspor

Çaykur Rizəspor - Atiker Konyaspor

Qalatasaray - Karabükspor

Kayserispor - Akhisar Bələdiyyəspor

0
20