Bakıda transformatorunun içində meyit tapılıb

Bakıda transformatorunun içində meyit tapılıb

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Bakının Binəqədi rayonunda transformatorun sarğıları və yağı yanıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yanğının kəşfiyyatı zamanı transformatorun içərisində 1958-ci il təvəllüdlü İsgəndər Xurşud oğlu Şükürovun yanmış cəsədi aşkar edilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

0
15