Türkiyədə qiyamçıların liderindən ilk etiraf

Türkiyədə qiyamçıların liderindən ilk etiraf

General Akın Öztürk məhkəmədə ifadə verib.

Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk hərbi çevrilişdə iştirakını etiraf edib.

Bu barədə Oxu.Az NTV telekanalına istinadən xəbər verir.

“Mən çevriliş etmək məqsədilə hərəkət etmişəm”, deyə A.Öztürk məhkəmədə deyib.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.

Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 6 min nəfəri keçib.

0
13