Azərbaycanda vitse-prezident vəzifəsi təsis olunur

Azərbaycanda vitse-prezident vəzifəsi təsis olunur

Referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilib.

Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər vəzifəsi təsis olunur.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasına “Azərbaycan Respublikasının vitse-prezidentləri” başlıqlı yeni maddənin əlavə olunması nəzərdə tutulur.

Maddədə qeyd olunub ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Bundan əlavə, Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

0
194