Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması təklif olunur

Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması təklif olunur

Eyni zamanda, dövlət başçısının seçilməsi üçün qoyulmuş yaş həddi qaldırılır.

Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması nəzərdə tutulur.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilir və Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.

Eyni zamanda, 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan sözləri"nin çıxarılması təklif olunur.

0
21