İlham Əliyevdən Türkiyə ilə bağlı - YENİ TƏYİNAT

İlham Əliyevdən Türkiyə ilə bağlı - YENİ TƏYİNAT

Müvafiq sənəd dövlət başçısının rəsmi səhifəsində yerləşdirilib.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının Qars şəhərinə Azərbaycanın yeni baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, sərəncamla bu vəzifəyə Nuru Ələkbər oğlu Quliyev təyin edilib.

Xatırldaq ki, iyulun 12-də dövlət başçısının sərəncamı ilə Azərbaycanın Türkiyə Respublikasının Qars şəhərində baş konsulu Ayxan Süleymanlı vəzifəsindən geri çağırılmışdır.

0
19