Türkiyə edam cəzasının tətbiqinə görə Aİ-yə üzv olmaq şansından məhrum edilə bilər

Türkiyə edam cəzasının tətbiqinə görə Aİ-yə üzv olmaq şansından məhrum edilə bilər

Mogerini bəyanat verib.

Edam hökmünü tətbiq edən heç bir ölkə Avropa İttifaqına (Aİ) üzv olmağa ümid edə bilməz.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Federika Mogerini bəyan edib.

“Bu cəza növünü tətbiq edən heç bir ölkə Aİ-yə üzv ola bilməz, bu, bizim qanunvericilikdə nəzərdə tutulub”, - o, bu barədə Avropa İttifaqının üzv ölkələrinin XİN rəhbərlərinin bazar ertəsi Brüsseldə ABŞ dövlət katibi Con Kerri ilə işgüzar səhər yeməyinin nəticələri üzrə bildirib.

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım parlamentdə ölkədə dövlət çevrilişi cəhdinə görə ölüm hökmünün tətbiqinə dair konstitusiya qanununun baxılma imkanı barədə bəyan ediblər.

0
10