ABŞ Türkiyəni NATO üzvlüyündən kənarlaşdırmaqla hədələyib

ABŞ Türkiyəni NATO üzvlüyündən kənarlaşdırmaqla hədələyib

“Biz dövlət çevrilişində günahkar bilinənlərin məsuliyyətə cəlb edilməsinin tərəfdarıyıq”.

Türkiyənin demokratik prinsipləri pozan hərəkətləri ölkənin NATO-da üzvlüyünü itirməsinə gətirib çıxara bilər.

Oxu.Az “gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

O deyib ki, ABŞ Türkiyənin seçilmiş rəhbərliyini dəstəkləyir. Birləşmiş Ştatlar Türkiyə hökumətini qanunun aliliyi və ölkənin demokratik təsisatlarına hörmətlə yanaşmağa çağırır.

“Şübhəsiz, biz dövlət çevrilişində günahkar bilinənlərin məsuliyyətə cəlb edilməsinin tərəfdarıyıq. Lakin çərçivədən kənara çıxan hərəkətlərdən çəkinmək lazımdır”, - dövlət katibi vurğulayıb.

0
10