Moskvada “Quran”ı yandıran neonasist mühakimə edildi

Moskvada “Quran”ı yandıran neonasist mühakimə edildi

Ən böyük cəza cinayətkar qruplaşmanın liderinə təyin edilib.

Moskvanın Şerbinsk məhkəməsi 12 neonasistə dair hökm çıxarıb. Onlara “Quran”ın paytaxt metrosunda yandırılması işi üzrə 10 ilə qədər cəza verilib.

Oxu.Az TASS-a istinadən xəbər verir.

“Məhkəmənin qərarı ilə müttəhimlər təqsirkar biliniblər. Onlara 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası verilib”, - məhkəmənin mətbuat xidməti Svetlana Bextina bəyan edib.

Ən böyük cəza cinayətkar qruplaşmanın liderinə Aleksandr Sokolova təyin edilib.

Müttəhimlərin əksəriyyəti yetkinlik yaşına çatmayanlardlr.

Onlara 4,5 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib.

0
28