Nazarbayev Almatada atışmanı terror aktı adlandırdı

Nazarbayev Almatada atışmanı terror aktı adlandırdı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün Almatada baş verən atışmanı terror aktı adlandırıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün Almatada terror aktı baş verib, təəssüf ki, yenə də insan tələfatına gətirib çıxardı. Həlak olanların və xəsarət alanların ailələrinə başsağlığı verirəm, onlara müvafiq psixoloji və maddi dəstək vermək lazımdır”, - mətbuat xidməti Nazarbayevin Milli Təhlükəsizlik Şurasının iclasında deyilən sözlərini sitat gətirib.

0
10