Dövlət büdcəsinin gəlirləri 21,1 faiz azaldı

Dövlət büdcəsinin gəlirləri 21,1 faiz azaldı

Əlaqədar dövlət orqanları gəlirləri artırsalar da, ümumilikdə proqnoz icra olunmadı.

2016-cı ilin altı ayında dövlət büdcəsinin mədaxili 6 mlrd.133,8 mln. manat olub. Altı ayda icmal büdcənin gəlirləri 9 mlrd. 262,7 mln. manat olub.

Oxu.Az-a Maliyyə Nazirliyindən verilən xəbərə görə, 2016-cı ilin altı ayında dövlət büdcəsinin mədaxili 7 mlrd. 771,5 mln. manat proqnoza qarşı 6 mlrd.133,8 mln. manat və yaxud 21,1% az icra olunub.

Azərbaycan Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,0% icra edilməklə, dövlət büdcəsinə 3 mlrd. 190,1 mln. manat vəsait təmin edilib.

Həmin vəsaitin 77,8% (ötən ilin eyni dövrünə nisbətən 10,6%-bənd çox) və ya 2 mlrd. 481,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 242,7 mln. manat və ya 10,8% çoxdur.

2016-cı ilin altı ayında Azərbaycan Dövlət Gömrük Komitəsi proqnoza 118,2% əməl edərək dövlət büdcəsinə 995,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,1% və yaxud 230,4 mln. manat çoxdur.

Azərbaycan Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən 1 mlrd. 886,0 mln. manat (51,7%) az və ya 1 mlrd. 760,0 mln. manat istifadə edilib.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 127,3 mln. manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə 56,9 mln. manat vəsait daxil olub.

2016-cı ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 2 mlrd. 455,3 mln. manat icra olunub.

0
15