Prezident Administrasiyasında bu Komissiyanın tərkibi dəyişdirilib - SİYAHI

Prezident Administrasiyasında bu Komissiyanın tərkibi dəyişdirilib - SİYAHI

İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, sənədə əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir:

Komissiyanın sədri

Süleyman İsmayılov

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Komissiyanın üzvləri:

Fatma Abdullazadə

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Fuad Ələsgərov

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Şahin Əliyev

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Eldar Nuriyev

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri

Tələt Məcidov

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri

Səadət Yusifova

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri

Azər Əmiraslanov

-

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri

Mail Rəhimov

-

Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri

Əli Hüseynov

-

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini

Ataxan Paşayev

-

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi

0
17