Rəhim Rəhimli yeni işini təqdim etdi – FOTO + AUDİO

Rəhim Rəhimli yeni işini təqdim etdi – FOTO + AUDİO

Bəstəkar, müğənni, şoumen Rəhim Rəhimli “Elə bu gecə” adlı yeni mahnısını pərəstişkarlarının ixtiyarına verib.

Oxu.Az xəbər verir ki, adıçəkilən bəstənin sözləri və musiqisi Sevərə məxsusdur.

Mahnı reqqi janrındadır (reqqi - Yamaykaya məxsus musiqi janrıdır. 1960-cı illərin sonlarında Yamaykada “ska” və “rocksteady” janrları əsasında təşəkkül tapıb. Lakin reqqi onlara nisbətən yavaşdır, ona Yamayka üslublu rok musiqisi də deyilir).

Bəstənin aranjimanı Gürcüstanda fəaliyyət göstərən “Bravo Records Studio”nun əməkdaşları və Tərlan Məmmədhüseynov tərəfindən edilib.

Müğənni yeni mahnının tanıtımı üçün xüsusi fotosessiya etdirib. Fotoların müəllifi isə Kamran Aydınovdur.

Layihənin bədii rəhbəri Anar Hüseynovdur.

0
16