Əməkdar artist mükafatlandırıldı

Əməkdar artist mükafatlandırıldı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Məzahir Cəlilov 70 illik yubileyi münasibətilə mükafatlandırılıb.

Mədəniyyət və Turzim Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, o, bu mükafata milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə və 70 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən layiq görülüb.

Qeyd edək ki, Məzahir Cəlilov 1946-cı ildə anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyoru fakültəsini bitirib.

1980-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır və teatrın səhnəsində müxtəlif səpgili obrazlar yaradır.

Bunlardan Vəkil Vadenbirn (L.Frank, “Yad adam”), Barmen və 4-cü polis (Anar, “Səhra yuxuları”), Qasid, Həkim, Keşiş (Şekspir, “Maqbet”, “Kral Lir”, “Hamlet”), Xondulu (İ.Şıxlı, “Ölüləri qəbiristanlıqda basdırın”), Mir Bağır ağa (Cəlil Məmmədquluzadə, “Ölülər”) və s. obrazlarını göstərmək olar.

Aytən Sadıqzadə

0
15