“WikiLeaks” Türkiyədəki hərbi çevrilişlə bağlı gizli sənədlər açıqlayacaq

“WikiLeaks” Türkiyədəki hərbi çevrilişlə bağlı gizli sənədlər açıqlayacaq

Məxfi sənədləri və yazışmaları yaymaqla məşhurlaşan  “WikiLeaks” beynəlxalq qeyri-kommersiya təşkilatı Türkiyədəki hərbi çevriliş hadisəsi ilə bağlı çoxlu sayda sənəd açıqlayacağını elan edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, “WikiLeaks” bunu özünün rəsmi “Twitter” səhifəsində bildirib.

“Türkiyə çevrilişi” etiketi ilə verilən açıqlamada “Türkiyənin siyasi güc iyerarxiyası” haqqında 100 mindən çox sənəd yayımlanacağı bildirilib.

0
9