Ukraynada iclaslarda iştirak etməyən deputatlar cəzalandırılıb

Ukraynada iclaslarda iştirak etməyən deputatlar cəzalandırılıb

Ali Rada bu cəza nəticəsində son zamanlar 1,5 mln. qriven qənaət edib.

Ali Radanın iclaslarda iştirak etməyən millət vəkillərinin maaşı ödənməyib.

Oxu.Az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.

Ali Radanın sədri Andrey Parubiyin sözlərinə görə, bu cəza nəticəsində son zamanlar 1,5 mln. qrivenə qənaət etmək mümkün olub.

Sədr onu da əlavə edib ki, bir çox deputatlar üçün pul cəriməsi əhəmiyyətsizdir və ona görə də həmin şəxslərə ictimai təzyiq göstərmək lazımdır.

0
7