"Çox irəli getməsinlər” - Kerridən Türkiyəyə xəbərdarlıq

"Çox irəli getməsinlər” - Kerridən Türkiyəyə xəbərdarlıq

Mogerini: “Edam cəzasını bərpa edən ölkə Avropa İttifaqına üzv ola bilməz”

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini və ABŞ dövlət katibi Con Kerri Brüsseldə mətbuat konfransı keçiriblər.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyədə baş verənlərə dair mövqeyini bölüşən F. Mogerini bu ölkənin Konstitusiya quruluşuna riayət edilməsinin və hüququn üstünlüyünün təmin olunmasının zəruriliyini vurğulayıb: “Türkiyədə yaşananlara dair narahatlıqları bölüşürük. Türkiyənin demokratiya, insan haqları və təməl hüquqlara riayət etməsini təmin etməliyik”.

F. Mogerini bildirib ki, Türkiyə edam cəzasını bərpa edərsə, Avropa İttifaqına üzv qəbul oluna bilməz: “Edam cəzasını tətbiq edən heç bir ölkə Avropa İttifaqına üzv ola bilməz. Türkiyə Avropa Şurasının bir parçasıdır və Avropa İnsan Haqları Konvensiyasına qoşulub”.

C. Kerri isə Türkiyənin seçilmiş liderlərinin yanında olduqlarını söyləyib. O, ABŞ və Aİ-nin Türkiyəni hüququn üstünlüyünə hörmət göstərməyə çağırdığını deyib: “Çevriliş cəhdi göstərənlərin məhkəmə önünə çıxarılmasını dəstəkləyirik. Lakin Türkiyəyə xəbərdarlıq edirik ki, çevriliş cəhdindən sonra qayda-qanunu təmin etmək məsələsində çox irəli getməsin”.

C. Kerri NATO-nun Türkiyədə baş verənləri nəzərdən keçirəcəyini də əlavə edib.

0
11