Yıldırım Türkiyədə edam hökmünün bərpası imkanını şərh etdi

Yıldırım Türkiyədə edam hökmünün bərpası imkanını şərh etdi

Türkiyə edam hökmünün geri qaytarılması məsələsində tələsməyəcək, məsələ hüquqi yolla həll ediləcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Binəli Yıldırım bəyan edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi çevrilişə cəhd zamanı həlak olanların dəfn mərasimində hərbi çevriliş çəhdi ilə əlaqədar Türkiyədə edam hökmü geri qayıda biləcəyini bəyan edib.

Türkiyə 2004-cü ildə Avropa İttifaqına daxil olmaq normalarına müvafiq olaraq edam hökmü ləğv edilib.

Türkiyədə ən yüksək cəza 1984-cü ildən həyata keçirilməyib.

0
15