100-dən çox türk generalı və admiral həbs edildi

100-dən çox türk generalı və admiral həbs edildi

Onlar hərbi çevrilişə cəhd etməkdə ittiham edilirlər.

Türkiyə hakimiyyəti ölkədə ən azı 103 general və admiralın hərbi çevriliş cəhdindən sonra saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-nə istinadən “Gazeta.ru” məlumat yayıb.

Ankara məhkəməsi daha 99 nəfərin həbsinə icazə verib, onlar hərbi çevrilişə cəhd etməkdə ittiham edilirlər.

Türkiyə Silahlı Qüvvələri daxilində bir qrup hərbçi iyulun 16-na keçən gecə dövlət çevrilişinə cəhd edib. İstanbul və Anakarada helikopter və təyyarələr uçub. İstanbulda Bosfor üzərində iki körpü bağlanılıb. Prezidentin tərəfdarları küçəyə çıxaraq hərbçilərin və tankların hərəkətinə mane olublar.

0
12